Rusiya XİN insidentin bitdiyini bəyan edib…
“Müqəddəs taxt Rusiyanın bütün xalqlarına, onların ləyaqətinə, inancına və mədəniyyətinə dərin hörmətlə yanaşır…”
“Katolik kilsəsinin belə yanaşması səmimi hörmət doğurur…”
“Roma Papası həm ruslara, həm də ukraynalılara sevgisini ifadə etməklə onların vahid xalq olduğuna eyham vurub…”
Vatikan diplomatik kanallarla Pontifikin Ukraynada “xüsusi əməliyyat” zamanı çeçen və buryatların qəddarlığı barədə sözlərinə görə üzrxahlığını ifadə edib.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Məlumatı “bloknot.ru” saytı yayıb.
Mariya Zaxarova qeyd edib ki, Vatikanın müraciətində müqəddəs taxtın dövlət katibi Pyetro Parolinin adından bəyanat səsləndirilib. Bəyantda katolik kilsəsinin nümayəndəsi Rusiya tərəfinə üzrxahlıq edir.
“Bu müraciətdə deyilir: Vatikanın dövlət katibliyi Rusiya tərəfinə üzrxahlıq edir. Müqəddəs taxt Rusiyanın bütün xalqlarına, onların ləyaqətinə, inancına və mədəniyyətinə, dünyanın bütün ölkələri və xalqlarına olduğu kimi, dərin hörmətlə yanaşır”, – diplomat deyib.
XİN rəsmisi Vatikanı öz səhvlərini etiraf etdiyinə görə tərifləyib və deyib ki, müasir beynəlxalq ünsiyyətdə buna nadir hallarda rast gəlmək olar. Onun sözlərinə görə, katolik kilsə təkcə dialoqa çağırış etmir, həm də bu dialoqu apara bilir, “belə yanaşma səmimi hörmət doğurur”.
“Hesab edirik ki, insident bitib və Vatikanla konstruktiv qarşılıqlı əlaqəyə ümid edirik”, – Zaxarova vurğulayıb.
Bundan öncə Roma Papası Amerikanın “America” jurnalına müsahibəsində bəyan edib ki, Çeçenistan və Buryatiya nümayəndələri Ukraynada “xüsusi əməliyyat”da iştirak edənlərdən “ən qəddarlarıdır”.
“Bir qayda olaraq, ən qəddarları Rusiyadan olan, amma rus ənənələrinə çeçenlər, buryatlar kimi riayət etməyənlərdir”, – katolik kilsəsinin rəhbəri qeyd edib.
Pontifikin bu fikri Rusiyada tənqidə məruz qalıb. Çeçenistan rəhbəri Ramzan Kadırov Roma Papasına səlib yürüşləri və inkvizisiyaları, habelə Ukrayna millətçilərinin dərc etdikləri əsirlərin ələ salınmasını göstərən müxtəlif videoları xatırladıb.
Buryatiyanın rəhbəri Aleksey Tsıdenov da kənarda qalmayıb. Onun sözlərinə görə, tarixdə sivil millətlərin nümayəndələri tərəfindən şəhərlərin və xalqların məhv edilməsi nümunələri çox olub.
Bundan başqa, Roma Papası Fransik ruslara sevgisini etiraf edib. Pontifik rus xalqını böyük xalq adlandırıb və bəyan edib ki, onun qəddarlığına inanmır. Bu zaman o, əmin edib ki, həm də ukraynalıları sevir, bununla da bu xalqları vahid xalq hesab etdiyinə, onları bir-birindən ayırmadığına eyham vurub.