Rusiya dövlətinin başçısı Vladimir Putinin elan etdiyi təşəbbüslər Rusiya iqtisadiyyatındakı çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.
Modern.az xəbər verir ki, bunu dekabrın 16-da Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, yeni tərəfdaşların axtarışı prioritet olaraq qalır.
“Prioritet müttəfiqlərimizlə əməkdaşlığı gücləndirmək və ilk növbədə dünya iqtisadiyyatının fəal inkişaf edən regionlarında yeni perspektivli tərəfdaşlar axtarmaqdır”, – Mixail Mişustin deyib.
Xatırladaq ki, daha əvvəl Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında Vladimir Putin iqtisadi sahədə bir sıra təşəbbüslər və yeni həll yolları təqdim etmişdi.