Prezident hökumətin istefasını qəbul etdi

Slovakiya Prezidenti Zuzana Çaputova Baş nazir Eduard Heqerin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Today Online” məlumat yayıb.

 

Prezident Eduard Heqerə yeni Nazirlər Kabineti formalaşdırılana kimi öz səlahiyyətlərini davam etdirməyi tapşırıb.

 

Xatırladaq ki, Slovakiya parlamenti Baş nazir Eduard Heqerin koalisiya hökumətinə etimad göstərməyib, səsvermə zamanı 150 deputatdan 78-i Heqer hökumətinə etimadsızlıq ifadə edib.

Mənbə

Share: