Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus maşınlarda həm ermənilərə humanitar yardım, həm də sülhməramlılara məxsus təminat yükünün aparılmasına növbəti dəfə şərait yaradılıb.
Modern.az xəbər verir ki, aksiya iştirakçıları növbəti dəfə nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsinə köməklik göstəriblər.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Belə ki, aksiya iştirakçıları növbəti dəfə də bu mövqeni nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.
Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin və aksiya keçirən fəalların dinc erməni əhalisi ilə heç bir problemi yoxdur.