”Laçın dəhlizində gömrük və sərhəd postlarımızı təşkil etməliyik”

”Laçın dəhlizində gömrük və sərhəd postlarımızı təşkil etməliyik”.

         

Moderator.az xəbər verir ki,bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Əli Məsimli deyib.

       

Əli Məsimli öz çıxışında bildirb ki, Azərbaycan, Ermənistanın öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə işğal edib, 30 il ərzinə talan etdiyi və xarabazara,hər qarışı minalanmış döyüş meydanına çevirdiyi əraziləri işğaldan azad edib, tikinti meydanına,sülh və əməkdaşlıq arenasına çevirir.

     

İşğal olunmuş ərazilərdın qovulmuş 1 milyondan artıq insan öz ata-baba yurdun qatıtmaq istəyir.Ona görə də Azərbaycan tərəfi müharibə qurtaranın ilk günündən Ermənistanla sülh müqaviləsi bağlamaq təşəbbüsündədir.

     

Əli Məsimli davam edib ki,bunun cavabında,İkinci Qarabağ müharibəsinin başa çatmasından  2 ildən çox vaxt keçməsinə  baxmayaraq, ermənilərin Azərbaycana qarşı hərbi cinayətləri hələ də davam edir. İki ildir ki,Azərbaycan müntəzəm olaraq təxribatlarla qarşılaşır.Çox təəssüflər olsun ki,həmin təxribatlarda erməni separatçıları,müharibə dövründə özlərini uşaq və ana qatilləri kimi göstərənlərlə yanaşı, “sülhməramlı” adı ilə Azərbaycan ərazilərilərinə  girmiş Rusiya hərbi  qüvvələri də bilavasitə və ya dolayısı ilə iştirak edir.Bu özünü təbii sərvətlərimiizn talan edildiyi ərazilərdə monitoriq keçirmək istəyən nümayəndələrimizə, ekoloqlarımıza  qarşı  torədilən maneçiliklərin timsalında,eləcə də Azərbaycan aktivistlərin Şuşa-Laçın yolundakı dinc aksiyasına münasibətdə  daha qabarıq şəkildə göstərir. 

       

Əli Məsimli çıxışının sonunda xüsusi vurğulayıb ki,Ermənistan tərəfi Şuşa-Laçın yolundakı dinc aksiyanı həmişəki kimi özünəməxsus şəkildə təhrif olunmuş formada  beynəlxalq ictimaiyyətə çatdırmaqla məşğuldur.Ona görə də “Laçın-Xankəndi yolunun açılmasının tələb edən ölkələrə və təşkilatlara bildirməliyik ki, Azərbaycan yol kəsən yox, Ermənistanın xarabazara çevirdiyi ərazilərdə yol tikən, qurub-yaradan, öz qələbəsi ilə Cənubi Qafqaza sülh-əminamanlıq gətirən, yeni əməkdaşlıq imkanları açan ölkədir. Laçın-Şuşa yolundakı dinc aksiya Azərbaycan xalqının erməni tərəfin təxribatlarını, talançılığı davam etdirməsinə, sülhməramlıların fəaliyyətinə narazılığın bilavasitə etirazıdır.Sülhməramlılar 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində zərinə düşən vəzifələri yerinə yetirmədiyinə görə, Laçın dəhlizində gömrük və sərhəd postlarımızı təşkil etməliyik.

 

Mənbə

Share: