ABŞ Ukraynaya əlavə hava hücumundan müdafiə (HHM) sistemləri göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O qeyd edib edib ki, Amerika tərəfi hücumlar davam etdiyi müddətcə Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirməyə davam edəcək.
“Yeni hərbi yardım paketi olacaq. Hələlik biz bunun dəqiq nə olacağını açıqlamağa hazır deyilik, ancaq hava hücumundan müdafiə sistemlərinin əlavə tədarükünə ümid edə bilərsiniz”, – Kirbi deyib.
Akif İsmayılov