Sabunçuda bir-birinə bitişik evlər YANDI

Sabunçuda bir-birinə bitişik evlər YANDI

Sabunçu rayonunda bir-birinə bitişik tikilən evlərdə yanğın baş verib.

 

Modern.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və ümumi sahəsi 60 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 m² sahədə yanıb.

 

Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə

Share: