Britaniyada Putinə heykəl qoyulub, amma burada bir incə məqam var…

Britaniyada Putinə heykəl qoyulub, amma burada bir incə məqam var…

Britaniyada “başdanxarab”, Çexiyada “çılpaq qatil”…

 

“Heykəlin yanından ötənlər Putini böyük məmmuniyyətlə yumurta atəşinə tutur…”

 

İngiltərənin Vusterşir qraflığında balaca kəndin sakinləri məskunlaşdığı yerin mərkəzində Rusiya prezidentinin qızıl heykəlini ucaldıblar.

 

Moderator.az xəbər verir ki, bu barədə “УНИАН” nəşri yazıb.

 

Britaniyalılar Kreml rəhbərinin 2022-ci ildə “xidmətlərini” belə qeyd edib. Lakun abidənin bir xüsusiyyəti var: Putinin başı kişi cinsiyyət üzvünə bənzəyir. Postamentdə isə bu sözlər yazılıb: “Bellend of the Year”. Burada birinci söz kəndin “Bell End” adına uyğundur.

 

Britaniya jarqonunda “bellend” ifadəsi söyüş mənasını verir və rusların “debil” (başdanxarab) sözünə yaxındır. Beləliklə, kənd sakinləri Rusiya prezidentini “ilin başdanxarabı” adlandırıb.

 

Britaniyanın “İndependent” qəzeti yazır ki, bu heykəl kənddə cümə axşamı günü Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz əlaməti olaraq peyda olub.

 

Aksiya təşkilatçıları jurnalistlərə deyib ki, Putinin heykəlinin yanından ötən sakinlər və kəndin qonaqlarına heykəli yumurta atəşinə tutmaq təklif edilib, çoxları bunu məmnuniyyətlə icra edib.

 

Adənın açıqlanmasını istəməyən daha bir fəal məlumat verib ki, belə heykəlin balaca nümunələrini hazırlamaq və satmaq planlaşdırılır. Əldə olunacaq vəsaitlər yardım üçün ukraynalı qaçqınlara yönələcək.

 

“İl ərzində mən Ukraynada dağıntıları, insanların müharibə nəticəsində öz evlərini tərk etməyə məcbur olduğunu görmüşəm. Ona görə də mən düşündüm ki, həqiqətən onlara kömək etmək, öz tövhəmi vermək və bunun üçün bir az pul toplamaq istəyirəm”, – təşkilatçı deyib.

 

“Obozrevatel” nəşri məlumat verib ki, Praqada çılpaq Putin qızıl unutaza əyləşdirilib. “Kapustin” qrupunun fəalları qızıl unitazdan  üstündə “çılpaq qatil” sözləri yazılan postament düzəldib, üstünə Rusiya prezidentinin oyuncağını  yerləşdiriblər.

 

Bundan öncə Amerikanın “Politico” nəşri Rusiya prezidentini “ilin uğursuzu” adlandırıb.

Mənbə

Share: