
Şirvan şəhərində dəm qazından boğulma hadisəsi baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri “bağ evləri” adlanan ərazidə qeydə alınıb. Şəhər sakini, 1956-cı il təvəllüdlü Lazım Mansurov evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.