Sabirabadda ağır yol qəzası- ölən var

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Milletinsesi.az  xəbər verir ki, hadisə Qaratəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2107 və “Daevoo Nexia” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər hadisə yerində dünyasını dəyişib. Eyni zamanda Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vəsilə Sabir qızı İbrahimova və digər bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda ölən və xəsarət alanın şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Sabirabad rayonunda baş verən yol qəzasında ölən və yaralananın adı məlum olub.

Məlumata görə, hadisə nəticəsində Sücəddin Alış oğlu İbadov ölüb, 1973-cü il təvəllüdlü Samir Sücəddin oğlu İbadov isə xəsarət alıb.

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləri olublar.

Report

Share: