Bu ğlkədə ilk dəfə qazdan benzin alınacaq

Türkmənistanın Ovadandepe şəhərində dünyada ilk dəfə təbii qazdan sintetik benzin istehsal edən zavod işə düşüb.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı Türkmənistanın dövlət agentliyi yayıb. Məlumata görə, burada 600 min ton Avro-5 standartlarına cavab verən benzinin, 12 min ton dizel yanacağının və 115 min ton sıxılmış qaz istehsal edilməsi nəzərdə tutulub.

Müəssisəni tikintisini Türkiyənin “Renensans” və Yaponiyanın “Kavasaki Heavy İndustri” şirkətləri həyata keçirib. Kompleksin tikintisi 1,7 milyard dollara başa gəlib və layihənin maliyyələşməsində Yaponiya tərəfi də iştirak edib.

Share: