Serbiya prezidenti Aleksandr Vuçiç NATO-ya müraciət edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Vuçiç bu barədə sosial şəbəkə hesabında yazıb.
“NATO-dan Kosovadakı serbləri qorumağı xahiş edirəm Serbiyanın hərbi neytrallıq mövqeyinə hörmətlə yanaşdıqları üçün təşəkkür edirəm”, – deyə Serbiya prezidentinin paylaşımında bildirilib.
Qeyd edək ki, son günlərdə Kosovada vəziyyət yenidən gərginləşib. 2008-ci ildə müstəqilliyini elan edən və ABŞ, Türkiyə, Avropa ölkələri tərəfindən tanınan Kosovanı Serbiya öz ərazisi hesab edir. Azərbaycan da Kosovanı Serbiyanın ərazisi kimi tanıyır.