Rusiyanın Çuvaşiya Respublikasının Urenqoy-Pomarı-Ujqorod magistral qaz kəmərində güclü partlayış olub.
Modern.az xəbər verir ki, partlayış Çuvaşiyada Kalinino və Yambaxtino kəndləri arasında yerləşən ərazidə baş verib.
İlkin məlumata görə, hadisəyə səbəb qaz sızması olub.
Partlayış nəticəsində 3 nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.
Qeyd edək ki, Urenqoy-Pomarı-Ujqorod qaz kəməri 1980-ci illərin əvvəlində inşa edilib. Bu kəmər vasitəsilə Qərbi Sibirdən Avropaya qaz nəql edilir. Kəmər Kursk vilayətində Rusiya-Ukrayna sərhədini keçir.