Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası davam edir.
Modern.az xəbər verir ki, artıq etirazların 10-cu günüdür.
Ötən gündən başlayaraq yağan qar Şuşanı ağ örpəyə bürüyüb.
Havanın şaxtalı, ərazinin qar olmasına baxmayaraq, aksiya iştirakçıları Xankəndi-Laçın yolundadırlar. Onlar ekoloji terrora son qoyulması ilə bağlı şüarlar səsləndirirlər.