Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismarının dayandırılması, bu ərazilərdə ekoloji terrora son qoyulması məqsədilə dekabrın 12-də Xankəndi-Laçın yolunda başlayan etiraz aksiyası davam edir.
Modern.az-ın məlumatına görə, bölgədəki sərt hava şəraiti nəzərə alınaraq aksiya iştirakçılarına ictimaiyyətdən müxtəlif dəstək göstərilir.
Belə ki, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri ictimai dəstək nəticəsində toplanmış papaq, əlcək, şərf və digər isti geyimləri aksiya iştirakçılarına paylayıb.
Bölgədə sərt hava şəraitinin davam etməsi nəzərə alınaraq qarşıdakı günlərdə də aksiya iştirakçılarının müvafiq isti geyimlərlə təmin olunması nəzərdə tutulur.