Ermənistan parlamentinin spikeri Rusiyanı TƏNQİD ETDİ 

 

“Rusiyanın BMT-dəki nümayəndəsinin Təhlükəsizlik Şurasındakı çıxışını mənfi qiymətləndirirəm”.

Millətin Səsi.az Baqramyan26”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O qeyd edib ki, Ermənistanla sıx əlaqəsi olmayan ölkələrin nümayəndələri daha məqsədyönlü çıxış edib.

Simonyan bildirib ki, Rusiya təmsilçisinin çıxışı qaneedici deyil: “Hesab edirəm ki, Rusiya Federasiyası ya bacarmır, ya istəmir, ya da eyni zamanda, bacarmır və istəmir. Mən təəccüblənmirəm, son hadisələr göstərdi ki, Rusiya tərəfindən də oxşar reaksiya olacaq”.

Qeyd edək ki, Ermənistanın təklifi ilə dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub.

Mənbə

Share: