“Mollalarla heç bir sövdələşmə istəməzdik, çünki onlar xalqı təmsil etmir…”

“Bayden İranla nüvə sövdələşməsinin “ölü” olduğunu hesab edir, Avropa İttifaqı bununla razı deyil…”

“Ayətüllah rejiminin nüvə silahı ola bilməz…”

“Avropa İttifaqı ilə İran Vyana razılaşmaları əsasında Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etmək barədə razllığa gəlib…”

Co Bayden deyib ki, İranla  nüvə sövdələşməsi “ölüdür”, lakin Birləşmiş Ştatlar bunu açıq şəkildə etiraf etmir.

ABŞ prezidenti bu bəyanatla Kaliforniyada noyabrın 4-də seçkiöncəsi qurultay zamanı çıxış edib. O zaman Bayden ayətüllah rejiminə müxalif olan İran əsilli qadınla ünsiyyətdə olub. Bu söhbətin vudeosu yalnız indi dərc edilib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Qazeta.ru” nəşri məlumat yayıb.

Söhbət Baydenə verilən sualla başlyır: “Cənab prezident, Siz Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) ölü olduğunu rəsmən elan edə bilərsinizmi?”

Amerika lideri qısa, amma aydın cavab verib: “Xeyr”.

O, əlavə edib ki, nüvə sövdələşməsinə qayıdışın mümkün olmadığını rəsmən bəyan etməməyin bir çox səbəbləri var. “Lakin BHFP ölüdür”, – Amerika prezidenti tamaşaçıları əmin edib.

Onun həmsöhbəti bəyan edib ki, “mollalarla” heç bir sövdələşmə istəməzdi, çünki onlar xalqı təmsil etmir. Amerika prezidenti əlavə edib ki, ayətüllah rejiminin “nüvə silahı ola bilməz”.

Görünən odur ki, Avropa liderləri Ağ ev sahibinin bu məsələ üzrə fikri ilə razı deyil. Bu gün İordaniyada əməkdaşlıq və tərəfdaşlıq üzrə Bağdad konfransının ikinci iclası çərçivəsində İranın xarici işlər naziri Hüseyn  Əmir Abdullahiyan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin görüşü baş tutub.

Görüşdə həmçinin İranın nüvə sövdələşməsi üzrə danışıqlarda nümayəndəsi Əli Baheri Kani və Avropa İttifaqının yüksək vəzifəli diplomatı Enrike Mora iştirak edib.

Görüşün yekunlarına dair Borrel “Twitter”də yazıb ki, tərəflər “açıq ünsiyyətə dəstək vermək və Vyana razılaşmaları əsasında BHFP-ni bərpa etmək barədə” razılığa gəlib.

Mənbə

Share: