
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyada həmkarı Sergey Lavrovla müzakirə etdiyi məsələləri açıqlayıb.
Modern.az xəbər verir ki, nazir bu barədə tviterdə yazıb.
XİN başçısı bildirib ki, tərəflər ikitərəfli münasibətlər, o cümlədən təhlükəsizlik, iqtisadi, humanitar və nəqliyyat əlaqələri barədə danışıblar.
“Mən bir daha Azərbaycan ərazilərindəki qanunsuz fəaliyyətlərdən narahatlığımı bildirdim və etirazçıların hüquqlarına hörmət edilməsinin vacibliyini vurğuladım”, – Ceyhun Bayramov vurğulayıb.