
“Sevinirəm ki, mənim personam ətrafında belə bir maraq var. Bu o deməkdir ki, mən Artsax xalqı və ölkəmiz üçün hər şeyi düzgün edirəm”.
Moderator.az xəbər verir ki, bunu Rusiyanın faktiki himayəsi altında Azərbaycan ərazisinin bnir hissəsində qanunsuz “dövlət nazir”liyi edən Ruben Vardanyan öz “Facebook” səhifəsində yazıb.
“Bütün bunlara son qoymağın vaxtıdır. Artıq yolu açmaq və Artsax hakimiyyəti ilə danışıqlar masasına oturmağın vaxtıdır”, – deyə Putinin milyarder “desant”ı həyasızcasına əlavə edib.
Xatırladaq ki, dünən – dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Ruben Vardanyanın Qarabağı tərk etməli olduğunu bildirib. Lavrov isə cavabında, artıq gözlənildiyi kimi, bildirib ki, Ruben Vardanyanın Rusiyaya heç bir dəxli yoxdur, çünki o, cənab Putinin sərəncamıyla Rusiya vətəndaşlığından çıxarılıb…
Göründüyü kimi, erməni R.Vardanyan S.Lavrov-Kələntaryanın dolayısıyla dəstəyindən sonra daha da həyasızlaşıb…
Sultan Laçın