
Qarabağ separatçılarının növbəti dəfə Xankəndi şəhərində mitinq çağırıblar.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri separatçılara istinadən məlumat yayıb.
Bildirilib ki, mitinq dekabrın 25-də saat 14:00-da Xankəndidəki Dirçəliş meydanında keçiriləcək.
Qeyd edək ki, Qarabağ separatçılarının qondarma “dövlət naziri” Ruben Vardanyan sentyabrın 16-da da Xankəndidə mitinq keçirməyə çalışmışdı. Lakin istəyinə nail ola bilməmişdi