Dekabrın 24-də Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanın Xankəndidəki Mədəniyyət və Gənclər Sarayında ermənilərlər görüş keçirdiyinə dair məlumat və fotogörüntülər yayılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə qondarma “dövlət naziri” Ruben Vardanyanın da iştirak etdiyi qeyd olunur.
Məlumata görə, Laçın yolunun bağlanması ilə bağlı yaranmış vəziyyəti müzakirə edən separatçılar Azərbaycan dövlətinin tələbləri qarşısına mitinqlə çıxmağı zəruri sayıblar.
İclas zamanı dekabrın 25-də Stepanakertdə mitinq keçirmək təşəbbüsü elan edilib və mülki şəxslərdən təxribatçı aksiyaya gəlmək istənilib.