“Mançester Yunayted” hücumçusu Markus Reşfordla danışıqları yekunlaşdırır.
Qol.az “The Telegraph”a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu artıq bu gün “qırmızı-şeytanlar”la müqavilə imzalaya bilər.
Yeni müqavilə futbolçunun həftəlik maaşı 300 min funt olmaqla 4 il üçün nəzərdə tutulub. Hazırda Pol Poqba da “MY”də bu qədər maaş alır.
Reşforddun qüvvədə olan müqaviləsi 2020-ci ildə başa çatır.