Azərbaycanlı mer sakinlərin evinə gedib, onlarla pomidor yığdı

Gürcüstanın Marneuli bələdiyyəsinin meri Zaur Darğallı Dəmyə-Görarxı kəndində istixana təsərrüfatında pomidor yığımında iştirak edib.

Sakinləri ziyarət edən mer qeyd edib ki, Gürcüstan iqtisadiyyatının bir hissəsi olan kənd təsərrüfatının inkişafı hər bir ailənin möhkəmləndirilməsindən və sabitliyindən asılıdır, məhz buna görə, kənddə yaşayan ailələri dəstəkləmək və kənd təsərrüfatının fəaliyyətinə müvafiq olaraq şərait yaratmaq prioritetdir.

Merin sözlərinə görə, seçkiqabağı verilən vədlərə uyğun olaraq, müntəzəm şəkildə müxtəlif kəndləri ziyarət etməyə və yerli əhalinin ehtiyacları ilə şəxsən tanış olmağa davam edir./azxəbər

Share: