Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb

Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb

Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

 

1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə şübhəli bilinən həyat yoldaşı – 1978-ci il təvəllüdlü Zaur Süleymanov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, hadisə dekabrın 14-də baş verib.

 

Faktla bağlı araşdırma davam etdirilir.

Mənbə

Share: