Tokio Universitetinin alimlər qrupu smartfonları və digər qurğuları naqilsiz doldurma texnologiyaları üzərində çalışırlar.
Bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, bunun üçün 3×3 metr ölçüdə otaq ayıran alimlər onun döşəməsinə və divarlarına maqnit sahəsi yaradan xüsusi panellər yerləşdiriblər. Bundan əlavə, onlar smartfonun arxa hissəsinə maqnit dalğalarını elektrik enerjisinə çevirən kiçik çarx birləşdiriblər.
Bu təcrübədən sonra alimlər smartfonu naqilsiz doldurmağın və işığı birbaşa əlaqə yaratmadan yandırmağın mümkün olduğunu bildiriblər.
qafqazinfo