Koreyanın eks-prezidenti azadlığa çıxacaq – Əfv olundu

Koreyanın eks-prezidenti azadlığa çıxacaq – Əfv olundu

Koreya Respublikasının (Cənubi Koreya) həbsdə olan eks-prezidenti Li Myunq Bak haqqında əfv qərarı çıxarılıb.

Modern.az “The Korea Herald”a istinadən xəbər verir ki, hökumətin bu qərarı artıq prezident tərəfindən təsdiqlənib.

Korrupsiya ittihamı ilə 2020-ci ildə 17 illik həbsə məhkum olunan sabiq prezident azadlığa çıxacaq.

Qeyd edək ki, o, 2008-2013-cü illərdə Koreya prezidenti olub. 

Mənbə

Share: