Türkiyədə FETÖ əməliyyatı – 15 nəfər saxlanıldı

Türkiyədə FETÖ əməliyyatı – 15 nəfər saxlanıldı

Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat ümumilikdə 5 regionda gerçəkləşdirilib.

Erzurum, Amasya, Kayseri, Denizli və Bolu vilayətlərində keçirilən əməliyyat çərçivəsində ümumilikdə 15 nəfər saxlanılıb.

Həmçinin, xeyli rəqəmsal material da aşkar olunaraq müsadirə edilib.

Bildirilib ki, daha 3 şübhəli şəxsin də saxlanılması istiqamətində addımlar atılır.

Saxlanılanlarla bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub.

Mənbə

Share: