Rusiya prezidenti Vladimir Putin neftin qiymətinin yuxarı həddinin tətbiqinə cavab olaraq xüsusi tədbirlər haqqında fərman imzalayıb.
Modern.az xəbər verir ki, sənəd neft qiymətinin yuxarı həddi tətbiq edən ölkələrə Rusiya neftinin və neft məhsullarının satışını qadağan edir.
Sənəd fevralın 1-dən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək qüvvədədir.
Qeyd olunur ki, fərman ABŞ və müttəfiqlərinin qeyri-dost və beynəlxalq hüquqa zidd hərəkətləri ilə əlaqədar, eləcə də milli maraqların müdafiəsi məqsədilə qəbul edilib.
Akif İsmayılov