Pulsuz müalicə-profilaktik yeməklərin rasionu və vitaminli preparatların tərkibində dəyişiklik edilib

“Pulsuz müalicə-profilaktik yeməklərin rasionu və vitaminli preparatların tərkibi”ndə dəyişiklik edilib.

 

Bununla bağlı səhiyyə naziri müvafiq qərar imzalayıb.

 

Belə ki, “Pulsuz müalicə-profilaktik yeməklərin rasionu və vitaminli preparatların tərkibi”nə aşağıdakı məzmunda əlavə edilib:

 

Qara metallurgiya istehsalı sahəsində vitaminli preparatların tərkibi:

 

A vitamini – 2 mq

 

B1 vitamini (tiamin) – 3 mq

 

B2 vitamini (riboflavin) – 3 mq

 

Yeyinti sənayesi istehsalı sahəsində vitaminli preparatların tərkibi:

 

çörək bişirmə istehsalı sahəsi üzrə:

 

C vitamini (askorbin turşusu) – 150 mq

 

PP vitamini (niasin turşusu) – 20 mq

 

tütün-maxorka istehsalı və tütün-maxorka tozundan nikotin istehsalı sahələri üzrə:

 

B1 vitamini (tiamin) – 2 mq

 

C vitamini (askorbin turşusu) – 150 mq.

Mənbə

Share: