Putinin nəticəsiz MDB sammiti – Rusiya lideri onu niyə çağırmışdı…

Prezident Vladimir Putin postsovet məkanının ondan üz döndərməyə başladığını anladığı üçün MDB-yə üzv ölkələrin qeyri-rəsmi sammitini çağırmışdı.
 

Modern.az xəbər verir ki, bu fikirləri Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko informasiya telemarafonunun efirində MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitini şərh edərkən deyib.
 

“Putin anlayır ki, postsovet məkanı ondan üz döndərməyə başlayır… Putin başa düşür ki, Belarus istisna olmaqla, Qafqaz respublikaları və digərləri artıq ondan qaçmağa çalışır və hamı ilk növbədə Çinə diqqət yetirərək müstəqil oyun oynamağa başlayır”, – deyə ekspert bildirib.

Denisenko vurğulayıb ki, sammitin özü “heç nə haqqında” olub, nəticədə bir dənə də olsun qərar qəbul edilməyib. Putin özü isə postsovet məkanında Rusiyanın təsir qalıqlarını birtəhər möhkəmləndirmək üçün bütün iştirakçılarla danışmağa çalışıb.
 

“Oradan gələn yeganə xəbər üzüklərin hədiyyə edilməsi ilə bağlı tamamilə çılğın bir hekayədir. Üstəlik, bu sammitdə iştirak edənlərin yarısı müsəlmandır və müsəlman adət-ənənəsinə görə, ümumiyyətlə kişilərə nikah üzüklərindən başqa hər hansı üzük taxmaq məqbul sayılmır”- ekspert əlavə edib.
 

Dekabrın 26-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilib. Görüşdən sonra Rusiya prezidenti Putin iştirakçılara MDB-nin rəmzləri və üzərində “Yeni iliniz mübarək 2023” yazısı olan üzüklər hədiyyə edib.

Mənbə

Share: