Yunanıstanın baş qərargah rəisi Türkiyəyə yaxın adalara gəldi

Yunanıstan ordusunun baş qərargah rəisi Konstantin Floros Türkiyə sahillərinə yaxın adalara baş çəkib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Floros Kerpe, Meis, Karaada, Fener, Krit və Qavda adalarında olub.

 

O, adalardakı hərbi birləşmələrdə yoxlamalar aparıb. Yunanıstan hərbçisinin bu addımı Türkiyədə böyük narahatlıq doğurub.

 

Belə ki, 1923-cü ildə imzalanmış Lozanna və 1947-ci ildə imzalanmış Paris müqavilələrinə əsasən, sözügedən adalar qeyri-hərbi bölgə elan olunub və burada hər hansı əsgəri fəaliyyətin göstərilməsi qadağandır.

 

Qeyd edək ki, Yunanıstan vaxtaşırı olaraq bu adalarda hərbi təlimlər keçirir. Egey və Aralıq dənizlərində yerləşən adalarla bağlı Türkiyə və Yunanıstan arasında gərginlik var.

Mənbə

Share: