İçərişəhərdə bayram ab-havası hiss olunur.
Modern.az xəbər verir ki, rəngarəng işıqlarla bəzədilmiş meydan və küçələr, küknar ağacları yeni ilin gəlişindən xəbər verir.
Qoşa qala qapısı meydanında və Qız qalası ətrafında təşkil olunan “Sehrli Qala” festivalında qonaqları müxtəlif əyləncəli proqramlar, oyun və musiqi nömrələri, sərgi-satış yarmarkası, həmçinin, hər növ suvenir, əl işləri və digər bayram atributlarının, orqanik məhsulların təqdimatı gözləyir.
Şənliyin kiçik yaşlı qonaqlarına xüsusi zonalar ayrılıb ki, burada onlar üçün xüsusi əyləncəli proqramlar təşkil olunur. Bakının qədim koloritini duymaq və Yeni İli ailəniz, dostlarınız ilə yaddaqalan anlarla qeyd etmək istəyirsinizsə, İçərişəhərdəki “Sehrli Qala”ya baş çəkin.
Sizi Yeni İli bizimlə birgə qarşılamaq və ailəniz, dostlarınız ilə yaddaqalan anlarla qeyd etmək üçün 31 dekabr 2022-ci il tarixində 23:30-da Qoşa Qala Meydanına dəvət edirik!