QHT Agentliyi qrantların verilməsi qaydalarını müzakirə etdi

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Millətin Səsi.az xəbər verir ki, iclasda Agentliyin 2023-ci il Fəaliyyət Planı, “Səfər qrantları”nın verilməsi qaydaları, Agentliyin maliyəlləşdirdiyi layihələr çərçivəsində xarici ölkələrdə təşkil olunan tədbirlərə dair Təlimat layihəsi , Azərbaycan Respublikasının Prezidentinə Agentliyin 2022-ci il fəaliyyətinə dair hesabat layihəsi, 2023-cü ildə nəzərdə tutulan qrant müsabiqələri mövzularının müzakirəsi, konseptual sənədlərin hazırlanmasına dair İcraçı direktorun təqdimatı və cari məsələlər müzakirə edilib.

O cümlədən, qrant müsabiqələrinin nəticələri müzakirə edilərək, müvafiq qərar qəbul edilib.

Mənbə

Share: