Eks-müdafiə nazirinin vəsatəti rədd edildi – Həbsdə qalacaq

Ermənistanda Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi eks-müdafiə naziri David Tonoyanın vəkillərinin vəsatətini rədd edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keçmiş müdafiə naziri həbsdə qalacaq.

Vəkillər növbəti dəfə sabiq nazirin 35 milyon dram girov müqabilində azadlığa buraxılması barədə vəsatət veriblər.

Xatırladaq ki, David Tonoyan “faydasız raketlər” adlı cinayət işinə görə 1 il 3 aydır ki, həbsdədir.

Mənbə

Share: