Sabunçuda ər arvadının başını KƏSDİ

Sabunçuda ər arvadının başını KƏSDİ

Bakıda ər arvadının başını kəsib intihar edib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Qəsəbə ərazisində kirayədə yaşayan 1970-ci il təvəllüdlü Ələsgərov Elxan Qəzənfər oğlu yaşadığı evdə həyat yoldaşı Əsədova Mahirə Mirzə qızının boğazını kəsərək qətlə yetirib. Daha sonra o özünün bilək nayihəsini doğrayaraq intihar edib.

 

Hər iki şəxsin meyiti evdən aşkar edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi başlanıb.

Mənbə

Share: