Məşhur restoranda 40 yaşlı qadının dəhşətli ölümünün TƏFƏRRÜATI

Qaradağ rayonundakı məşhur restoranlar şəbəkəsinə məxsus kəsim sexində bədbəxt hadisə baş verib.

 

Baku.ws xəbər verir ki, təmizlik işləri aparılan zaman ətqarışdıran qurğu qəfil işə düşüb. Hadisə dekabrın 28-də günorta saatlarında qeydə alınıb.

 

Məlumata görə, 40 yaşlı Rəqsanə Pirməmmədova 1 ay bundan əvvəl kəsim sexində təmizləyici kimi işə başlayıb. O, ehtiyatsızlıqdan əlini ətqarışdıran aparatın başlama düyməsinə basıb. Bu zaman aparat işə düşüb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

 

Bildirilib ki, hadisə baş verən zaman mərhumun yanında heç kim olmayıb. Qışqırtı səsinə işçilər gəlsə də gec olub.

 

Rəqsanə Pirməmmədovanın Ağsu rayonundan gələrək Lökbatanda kirayə qaldığı deyilir. Ekspertizadan sonra onun meyiti dəfn olunmaq üçün rayona aparılıb. Mərhumun iki övladı qalıb.

 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Mənbə

Share: