Rusiya elitası Putindən NARAZIDIR

Rusiya elitası Ukraynadakı müharibənin gedişindən narazıdır.

Modern.az xəbər verir ki, bu haqda “Vashinqton Post”un məqaləsində yazılıb.

Qeyd edilib ki, Ukraynaya qarşı 10 aylıq amansız müharibədən sonra Rusiya prezidenti Vladimir Putin hakimiyyətinin 23-cü ildönümünü bütün bu illər ərzində ən xarici və daxili təcrid şəraitində qarşılayıb.

Nəşr qeyd edir ki, Ukraynaya hücum Rusiya ilə Qərb arasında onilliklər ərzində qurulmuş iqtisadi əlaqələri məhv edib. Ölkə beynəlxalq pariyaya çevrilib, Putinin özü isə rus elitasından çox uzaqlaşıb.

Nəşrin Kreml ətrafındakı çevrələrdən olan həmsöhbətlərinin fikrincə, bu gün Putin “dostlarının itkisini hiss edir”. Rusiya elitası parçalanıb – bəziləri müharibənin bitməsini istəyir, bəziləri isə eskalasiyanın gücləndirilməsini zəruri hesab edir. Amma həm onlar, həm də digərləri Rusiyanın müharibədə indiki taktikasından narazıdırlar.

“Putin hazırda elitanın nəzərində suallara cavab verməkdə aciz görünən bir fiqurdur. Elita nəyə inanacağını bilmir və sabah haqqında düşünməyə qorxur”, – deyə Karnegi Beynəlxalq Sülh Fondunun Tatyana Stanovaya bildirib.

Mənbə

Share: