Kiyevin mərkəzi raketlərlə vuruldu – Dağıntılar var

 

Dekabrın 31-də Rusiya ordusu tərəfindən edilən raket hücumu nəticəsində Kiyevdə birdən-birə üç rayonda – Solomenski, Peçerski və Qoloseyevskidə partlayışlar baş verib, dağıntılar var.

Milletinsesi.az xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində yazıb.

“Partlayışlardan biri paytaxtın Solomenski rayonunda yaşayış binaları arasında eşidilib. Bütün xidmətlər çalışır, həkimlər artıq hadisə yerindədirlər”, – deyə mer əlavə edib.

Raket zərbəsindən dağılan binalardan birinin hotel olduğu bildirilir.

Ölən və xəsarət alanlar barədə əlavə məlumat verilməyib

Mənbə

Share: