
Britaniya bu gündən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını dayandırır.
Modern.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
2022-ci ildə Britaniya Rusiyadan 3,12 milyard kubmetr mayeləşdirilmiş təbii qaz idxal edib. Ölkədə istehlak edilən qazın orta illik həcmi təxminən 75 milyard kubmetrdir.