“Biz Rusiyada hər şeyin belə dəhşətli olduğunu təsəvvür etməzdik…”

“Arzu edirəm ki, 2023-cü ildə xoşbəxt olaq, düşmən üzərində qələbə qazanaq və Ukrayna əbədiyyətədək yaşasın!..”

 

“Bir il öncə bu gün baş verənlər fantastika kitablarının ssenarisinə bənzəyib…”

 

“Biz qudurmuş əbləhin rəhbərlik etdiyi faşist və nasist ölkənin qonşu ölkəyə hücum etdiyini, onu məhv etməyə cəhd göstərdiyini öz gözlərimizlə görürük…”

 

“Biz Rusiyada hər şeyin belə dəhşətli olduğunu təsəvvür etməzdik…”

 

“Ukraynanın ağır günündə ona yardım əlinini uzadan Qərb müttəfiqləri və tərəfdaşlarımıza minnətdarıq…”

 

“Bu gün, 2022-ci ilə yekun vurarkən, çox şeylər haqqında danışmaq istəyirsən. Bu il mənim üçün və hər bir ukraynalı üçün ən ağır il olub”.

 

Moderator.az xəbər verir ki, bunu “QORDON” internet nəşrinin təsisçisi, tanınmış ukraynalı jurnalist Dmitri Qordon ukraynalılara müraciətində deyib.

 

Müraciəti ixtisarla təqdim edirik.

 

“Biz heç vaxt təsəvvür etməzdik ki, XXI əsrdə bir ölkə cəzasız olaraq başqa bir ölkəyə hücum edə, onlarla, yüzlərlə insanı qətlə yetirə, şəhərləri, kəndləri bombalaya, ölüm və dəhşət yağdıra bilər.

 

Bunu mənə 24 fevraladək deyiblər, mən buna heç vaxt inanmazdım, bu, mənə fantastika kitablarından hansısa ssenari kimi görünüb. 

 

Təəssüf ki, bu fantastika gerçəyə çevrilib. Təəssüf ki, biz bu ağılsız, qəddarcasına savaşın iç üzünü görürük. Təəssüf ki, biz öz gözlərimizlə növbəti qudurmuş əbləhin rəhbərlik etdiyi ağlını itirmiş faşist, nasist ölkənin qonşu ölkəyə hücum etdiyini, onu məhv etməyə, imkan daxilində daha çox insanı qətlə yetirməyə cəhd göstərməsini görürük.

 

Fevralın 24-dək biz ukraynalıların bir həyatı olub, fevralın 24-dən sonra biz başqa həyata qədəm qoymuşuq. Qələbə günümüzdən sonra isə üçüncü, tamamilə başqa həyatımız olacaq.

 

Və biz deyəcəyik: “Yadınızdadır, bu, müharibədən öncə olub?! Yadınızdadır, bu, müharibə zamanı olub?!” Və biz deyəcəyik: “Bu isə müharibədən sonra baş verir”.

 

Fevralın 24-də, səhər saat 10-da mən pəncərədən eşidilən partlayışlar səsindən yuxudan ayılmışam.

 

Mən elə həmin gün videoformatda insanlara müraciət etmişəm, rusiyalıların ayağa qalxıb, küçələrə çıxıb, Putini devirib, heç bir halda öz övladlarını, oğullarını ukraynalılarla müharibəyə göndərməyəcəyinə, bu ağılsız müharibədə iştirak etməyəcəklərinə çağırış və ümid etmişəm.

 

Mən bir çox ukraynalılar kimi necə də sadəlövh olmuşam. Biz Rusiyada hər şeyin belə dəhşətli olduğunu güman etməmişik.

 

Bu gün Ukraynada yaşayan ukraynalılar, başqa ölkələrdə yaşayan ukraynalılar və başqa millətlər, bütün normal insanlar Ukraynanın bu faşist ordusuna tezliklə az itkilərlə qələbə qazanmasını, lənətə gəlmiş, qaniçən faşist, nasist Putinin cəhənnəmə vasil olmasını, sülhün bərqərar olmasını, xalqımızın xoşbəstliyə qovuşmasını arzulayır.

 

Mən istəyirəm ki, hər bir ukraynalı xoşbəxt olsun. Mən istəyirəm ki, biz doğmalarımız və yaxınlarımızı itirməyək. Mən istəyirəm ki, biz Ukrayna adlı tamamilə başqa, xoşbəxt bir ölkədə yaşayaq.

 

Bu gün biz, əlbəttə ki, torpaqlarımızı qoruyan bizim gözəl Silahlı Qüvvələrimizə çox sağ ol deyirik. Biz Qərbdəki dostlarımız və tərəfdaşlarımıza- Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Polşa, Latviya, Litva, Estoniya və başqa ölkələrə Ukrayna üçün ağır günlərdə yardıma görə minnətdarıq. Onlar Ukraynanın əsl dostları olduqlarını göstəriblər. 

 

ABŞ prezidenti Co Baydenə, Böyük Britaniyanın sabiq baş naziri Boris Consona xüsusilə minnətdarıq. Biz onların siyasi iradəsi sayəsində bu gün dünya bizə hərtərəfli yardım göstərir.

 

Mən istəyirəm ki, biz  Yeni, 2023-cü ildə xoşbəxt  olaq, düşmən üzərində qələbə qazanaq və Ukrayna əbədiyyətədək yaşasın!

Ukraynaya eşq olsun!”

 

Mənbə

Share: