Ermənistanda hərbi hissədən yanacaq oğurlayan hərbi qulluqçular barədə qərar qəbul olunub.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, 2 hərbçinin yanacaq oğurlaması artıq sübuta yetirilib. Onlar cərimələnib və ictimai işlərə cəlb olunublar.
Həmçinin onlarla bağlı Ermənistan Müdafiə Nazirliyi qarşısında prokurorluq tərəfindən məsələ qaldırıldığı qeyd olunub.