Zelenski müşavirə keçirdi – Nələr müzakirə olundu?

Ukrayna prezidenti Volodimir Zelenski Ali Baş Komandan Qərargahının müşavirəsini keçirib.

 

Modern.az xəbər verir ki, Ukrayna prezidenti bu barədə “Telegram” kanalında yazıb.

 

“Ali Baş Komandanın Qərargah müşavirəsi ilə başladıq. Ən vacib üç məqam müzakirə olundu. Əvvəlcə cəbhədəki vəziyyəti təhlil etdik. İkincisi, düşmənin bütün mümkün addımlarını hesabladıq. Üçüncüsü, biz ordunun döyüş sursatı və texnikası, xüsusən də həm kəşfiyyat, həm də zərbə dronu təminatını nəzarətdə saxlayırıq. Birlikdə qələbəyə doğru irəliləyirik!”, – deyə Zelenski qeyd edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Mənbə

Share: