Paytaxtın Nərimanov rayonu ərazisində 4 nəfər şəxsin ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
***
14:04
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzillərin birində giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar. Mənzildə 4 nəfərin meyiti aşkar olunub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.