Hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı 2023-cü il üçün reytinqini açıqlayıb.
Modern.az xəbər verir ki, siyahıya əsasən Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sırada, Cənubi Qafqazda birinci yerdədir.
Belə ki, Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir.
Siyahıda ilk üç yeri ABŞ, Rusiya və Çin ordusu tutur. Türkiyə dünyanın 11-ci ən güclü ordusu elan edilib.
Siyahının tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər nəzərə alınır.