Böyük Britaniya şahzadəsi Harri Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü etiraf edib.
“Report” “Sky News”a istinadən xəbər verir ki, bu barədə şahzadənin yanvarın 10-da işıq üzü görəcək memuarlarında qeyd olunub.
“Mən həmişə dəqiq deyə bilərdim ki, neçə düşmən kombatantı öldürdüm… Deməli, mənim sayım 25-dir. Bu, məni qane etmədi, amma utanmadım”, – o bildirib.
Britaniya şahzadəsi Əfqanıstanda iki müddət xidmət edib.