Laçın yolundakı aksiyanın nə vaxta qədər davam edəcəyi AÇIQLANDI

“Nəticə əldə olunana qədər Xankəndi-Laçın yolunda keçirilən aksiyalar davam edəcək”.

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

 

Qurum rəsmisi bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yataqlarımızın qanunsuz istismarı və ekologiyanın pozulmasının qarşısının alınması istiqamətində hansısa irəliləyiş yoxdur: “Aksiyaçıların tələbləri normaldır. Onlar sözügedən ərazidə monitorinqlərə razılıq verilməsini tələb edirlər”.

 

Xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya 26 gündür davam edir.

Mənbə

Share: