Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
“Bu məlumatı qəti surətdə təkzib edirik”, – açıqlamada bildirilir.