Bir sıra ölkələrdə “Google”dan istifadədə nasazlıq yaranıb.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə məlumat məşhur internet resurslarının işini izləyən “Downdetector” xidmətinin səhifəsindən əldə olunub.
Məlumata görə, xidmətlərdə problemlər ABŞ-ın Şərq sahili vaxtı ilə təqribən 20:21-da başlayıb.
ABŞ və Yaponiya sakinləri digər yerlərə nisbətdə daha tez-tez şikayətlənirlər, problemlər Avropadan olan istifadəçilərdə də müşahidə olunur.
İstifadəçilərin 53% sayta avtorizə oluna bilmir, 46%-i isə axtarış funksiyasından yararlana bilməyib.