Quaydo Maduro ilə danışıqlara razılıq verdi

Venesuela müxalifətinin lideriXuan Quaydobildirib ki, o, ölkə prezidentiNikolas Maduroilə danışıq aparmağa hazırdır.

TASS-ın xəbərinə görə, bunu Quaydo France 24 telekanalının efirində deyib.

Onun sözlərinə görə, müxalifət”diktatorla danışıqların aparılması”barədə qərar qəbul edib.

“Əgər biz gərginliyin azalmasının üsulu kimi danışıqlardan istifadə edə biləriksə, şübhəsiz, onlardan istifadə edəcəyik”, – deyə, Quaydo vurğulayıb.

O, həmçininVenesueladabeynəlxalq müşahidəçilərin iştirakıilə yeni seçkilərin keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Share: