
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb, iki qadın xəsarət alıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl rayon Hacıməlik qəsəbəsində baş verib.
Avtomobil qəzası nəticəsində 1968-ci il təvəllüdlü Tamaşa Məhərrəmova və 1981-ci il təvəllüdlü Səmiyə Salmanova xəsarət alıb.
Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.